Siqaret qutusunda narkotik aşkarlanıb

Siqaret qutusunda narkotik aşkarlanıb
  09 Fevral 2019    Oxunub:1939
Gömrükçülər siqaret qutusunda narkotik vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus “Marlboro” markalı siqaretinin birinin filterinin çıxarıldığı və yerinə kağız bükülü qoyulduğu, digər siqaretində eyni qaydada olduğu və yarıya qədər çəkildiyi diqqət çəkib. Baxış zamanı 2 ədəd siqaretin içərisində təqribi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti