Şamaxıda yararsız vəziyyətə düşən evlər sökülür - FOTO

 Şamaxıda yararsız vəziyyətə düşən evlər sökülür -  FOTO
  10 Fevral 2019    Oxunub:2831
Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir.
Rayon fövqəladə hallar komissiyasından Azvision.az -a verilən məlumata görə, Prezident İlham Əliyevin Şamaxıya səfəri zamanı zəlzələnin fəsadlarının təcili aradan qaldırılması istiqamətində verdiyi tapşırıqların dərhal icrasına başlanılıb. Belə ki, şəhərin Salman Mümtaz 33, Vidadi Məmmədov 7, Hacı Məmmədov 23 və Səttat Bəhlulzadə 10 ünvanlarında yerləşən qəzalı evlərin yenidən tikilməsi üçün söküntü işlərinə start verilib. Həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib.



Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin tam müəyyənləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.



Azvision.az



Teqlər: Şamaxı   Zəlzələ  





Xəbər lenti