Xətaidə əl qumbarası tapılıb

Xətaidə əl qumbarası tapılıb
  10 Fevral 2019    Oxunub:2278
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunublar.

XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Aşkar olunmuş sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır.

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Qumbaranın tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

Azvision.az



Teqlər: FHN   ANAMA  





Xəbər lenti