Mikroavtobus “KamAZ”la toqquşub - 4 yaşlı uşaq ölüb

   Mikroavtobus “KamAZ”la toqquşub -    4 yaşlı uşaq ölüb
  10 Fevral 2019    Oxunub:2148
Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az “Report”a istinadən xəbər verir ki, hadisə Aşıqalılar kəndində qeydə alınıb.

“Ford” markalı mikroavtobus yol kənarında dayanan “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan 4 yaşlı oğlan uşağı ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti