Su qurğularını oğurlayanlar ələ keçdi

Su qurğularını oğurlayanlar ələ keçdi
  11 Fevral 2019    Oxunub:1628
Fevralın 8-də Sabirabad rayon sakini Azad Soltanov Qaragüney PB-yə ərizə ilə müraciət edərək ona məxsus 1ədəd su qurğusunun oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayonu Qarağac kənd sakinləri Vüqar Hacıyev və Amil Ələkbərov saxlanılıblar.

Ətraflarında aparılan araşdırma zamanı onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. Belə ki, onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus ümümilikdə 2 ədəd su qurğusu və 20 metr uzunluğunda mis naqili oğurladıqları müəyyən edilib.

Oğurladıqları su qurğularının bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı Qaragüney PB-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti