5,5 kq narkotik dövriyyədən çıxarılıb

  11 Fevral 2019    Oxunub : 630
5,5 kq narkotik dövriyyədən çıxarılıb
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 9-10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək, 2,3 kiloqramdan çox marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik