Bərdə sakini Bakıda 3 kq narkotiklə tutuldu

Bərdə sakini Bakıda 3 kq narkotiklə tutuldu
  11 Fevral 2019    Oxunub:1966
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunan İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanmışdır. İstintaq və əməliyyat tədbirləri aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti