Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb

   Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb
  11 Fevral 2019    Oxunub:2247
"2018-ci ildə Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Apellyasiya Şurasına 119 müraciət daxil olub"
Azvision.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

K.İmanov qeyd edib ki, müraciətlərdən 118-i Apellyasiya Şurasının funskional fəaliyyəti, 1-i isə əmtəə nişanın geniş tanınmış hesab edilməsi ilə bağlı qaydaların izah edilməsi ilə əlaqədar olub: "Tam və ya qismən təmin edilmiş ərizələrin sayı 25, rədd edilmiş ərizələrin sayı 10, baxılmamış saxlanılmış ərizələrin sayı (geri götürülmüş ərizə) 3, işə baxılması təxirə salınmış ərizələrin sayı 33 olub".

Agentlik rəhbərinin sözlərinə görə, görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 25 faizə, audio-video məhsul bazarında 90 faizdən 60 faizə, proqram təminatında 96 faizdən 74 faizə düşüb.

K.İmanov qeyd edib ki, 2018-ci il ərzində Agentlikdə müəlliflərin, digər hüquq sahiblərinin və sahibkarların istifadəsində olmuş, onların əqli mülkiyyət məsələləri üzrə 1500-dən artıq müraciət və sorğusuna baxılıb. Onun sözlərinə görə, 21 iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak edilib, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti