Baba qəza törətdi, nəvəsi öldü

Baba qəza törətdi, nəvəsi öldü
  11 Fevral 2019    Oxunub:2006
Fevralın 9-da saat 19 radələrində Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində şəhər sakini Elbrus Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanan Füzuli rayon sakini Şahin Teymurova məxsus “KamAZ” markalı avtomobilə vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə E.Nəcəfovun sərnişinlərindən azyaşlı nəvəsi Nurcan Nəcəfova hadisə yerində ölüb, digər sərnişini, arvadı Mərziyyə isə xəstəxanaya yerləşdirilib. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti