Yeni şəxsiyyət vəsiqələrində “Elektron imza” nə vaxt aktivləşəcək?

 Yeni şəxsiyyət vəsiqələrində “Elektron imza” nə vaxt aktivləşəcək?
  11 Fevral 2019    Oxunub:2930
"Yeni nəsil şəxsiyyət vəsiqələrində "Elektron imza" sertifikatları mövcuddur. Onların aktivləşdirilməsi müəyyən prosedur tələb edir"
Azvision.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş gedir.

"Burada əməliyyata görə ödəniş gözlənilmir. Mövcud olan yanaşmaya uyğun qiymət tətbiq olunacaq ki, sertifikatın konkret məbləği müəyyən edilsin. Hazırda bu məsələyə baxılmaqdadır, qısa zamanda həlli gözlənilir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Şəxsiyyət-vəsiqəsi   Elektron-İmza  





Xəbər lenti