Prezident xəstəxana təmirinə 5 milyon ayırdı

Prezident xəstəxana təmirinə 5 milyon ayırdı
  11 Fevral 2019    Oxunub:2756
Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, sərəncamla 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti