Şirvan sakini qətlə yetirilib

   Şirvan sakini qətlə yetirilib
  13 Fevral 2019    Oxunub:2121
Fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti