Qaz sayğaclarını oğurlayan 3 nəfər saxlanılıb

Qaz sayğaclarını oğurlayan 3 nəfər saxlanılıb
  13 Fevral 2019    Oxunub:1703
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlanması barədə müraciətlər daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov, Abşeron rayon sakini İ.Əbilov və Ağdam rayon sakini S.Cəfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti