Keçmiş məhkumun evindən 28 kq narkotik götürülüb

   Keçmiş məhkumun evindən 28 kq narkotik götürülüb
  13 Fevral 2019    Oxunub:1537
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Əmirov 5 qramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.

Şəxsi axtarış zamanı ondan əlavə 5,5 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq çəkisi 28,4 kiloqram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.


Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti