Xırdalanda 41 yaşlı qadını qatar vurub öldürdü

Xırdalanda 41 yaşlı qadını qatar vurub öldürdü
  13 Fevral 2019    Oxunub:3181
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarın piyadanı vurması ilə bağlı məsələyə aydınlıq gətirib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AzVision.az -a bildirib ki, 12 fevral 2019-cu il tarixində səhər saat 07:28-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Xırdalan stansiyasının girişində dəmir yolunu müəyyən edilməmiş yerdən keçən Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızını vurub.

Hadisə nəticəsində R. Abbasova dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Qatar   Dəmiryol   ADY  





Xəbər lenti