General Nağıyev Pakistanda hərbi təlim­lərdə - FOTO

  13 Fevral 2019    Oxunub : 1142
General Nağıyev Pakistanda hərbi təlim­lərdə - FOTO
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Pakistan İslam Respublikasının Silahlı Qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivə­sində Pakistan tərəfinin dəvəti ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti 8-12 fevral 2019-cu il tarixlərdə Pakistan İslam Res­publikasının Karaçi şəhə­rində keçirilən “AMAN-2019” çoxmillətli hərbi dəniz təlim­lərində müşahidəçi qismində iştirak edib.
DSX-dan Azvision.az -a verilən məlumata görə, 9 fevral tarixində Pakistan Hərbi Dəniz Qüvvələri, Pakistan Milli dəniz işləri İnstitutu, Dəniz siyasəti üzrə milli araşdırma mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq dəniz konfransı öz işinə başlayıb.



Konfrans çərçivəsində Pakis­tan Hərbi Dəniz qüvvələrinin bazasında yerləşən şəhidlər abidəsinin önünə əklil qoyma mərasimi keçirilib. Xarici ölkələri təmsil edən nümayəndə heyətləri adından general-leytenant Əfqan Nağıyev fəxri qarovulun müşayiəti ilə abidə önünə əklil qoyub.



Beynəlxalq dəniz konfransın işində Pakistan İslam Respublikasının Prezi­denti cənab Arif Alvi, Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi, digər rəsmi şəxslər iştirak ediblər.



Səfər çərçivəsində Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin təkbə­tək görüşü keçirilib.



Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Pakistan İslam Respublika­sına rəsmi səfəri zamanı əldə olunmuş razılaşmalardan irəli gələn məsələlər müzakirə olunub.



Azvision.az

Teqlər: DSX   Pakistan