Qubada ağır yol qəzası, ölən var

Qubada ağır yol qəzası, ölən var
  13 Fevral 2019    Oxunub:4686
Fevralın 12-də saat 21 radələrində Quba rayonunun 1-ci Nügədi kəndi ərazisində kənd sakinləri İ.Nadirovun idarə etdiyi “Mercedes” və S.Bayramovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə S.Bayramovun sərnişinlərindən həmkəndlisi E.Muradov xəstəxanaya aparılarkən yolda ölüb. Quba RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti