Gəncə sakini faciəvi şəkildə ölüb

 Gəncə sakini faciəvi şəkildə ölüb
  13 Fevral 2019    Oxunub:1749
Fevralın 12-də saat 9 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində kənd sakini M.İsmayılov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N.Məmmədlinin idarə etdiyi “UAZ” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu zaman Gəncə şəhər sakini T.Allahverdiyev hər iki nəqliyyat vasitəsinin arasında qalaraq ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti