Quş oğruları tutuldu

  13 Fevral 2019    Oxunub : 588
Quş oğruları tutuldu
Goranboy RPŞ-nin əməkdaşları tərəfindən fevralın 9-da rayon ərazisindəki həyətyanı sahələrin birindən 11 ev quşu oğurlamaqda şübhəli bilinən Səmədabad kənd sakinləri A.Xəlilov, E.Əsədov və R.Hüseynov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların fevralın 6-na keçən gecə Səmədabad kəndindəki daha bir həyətdən 22 ev quşunu oğurlamaları da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN   oğurluq