Balakəndə 2 avtomobil toqquşub, sürücü ölüb

  13 Fevral 2019    Oxunub : 1110
Balakəndə 2 avtomobil toqquşub, sürücü ölüb
Balakən rayonunun Qasbinə kəndində “Toyota” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1987-ci il təvəllüdlü Alqayev Samir Nürəddin oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Azvision.az

Teqlər: FHN