Keçmiş məhkumdan silah götürülüb

Keçmiş məhkumdan silah götürülüb
  14 Fevral 2019    Oxunub:1978
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş B.Əlizadə saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, “Makarov” markalı tapança, patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti