İki evdən oğurluq edən şəxs saxlanılıb

İki evdən oğurluq edən şəxs saxlanılıb
  14 Fevral 2019    Oxunub:1290
Bərdə rayon Güloğullar kənd sakini Müsafir Cəmilli RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkumluğu olan, Balakən rayon sakini Ədalət Qaracayev saxlanılıb.

Onun evinə baxış keçirilən zaman evində gizlətdiyi qundağı kəsilmiş vəziyyətdə olan ov tüfəngi aşkar edilərək götürülüb. Ə. Qaracayevin ətrafında aparılan araşdırmalarla daha bir evdən oğrluq etdiyi də müəyyən edilib. Ümumilikdə onun 300 manat dəyərində ev əşyaları, 600 manat dəyərində tikinti alətləri və 190 metr mis kabelləri oğurldığı məlum olub. Dindirilmə zamanı o törətdiyi cinayət əməllərini etiraf edib. Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az




Teqlər: DİN  





Xəbər lenti