Bakıda avtobus qəzaya düşdü: Sürücü ağır xəsarət aldı

Bakıda avtobus qəzaya düşdü:  Sürücü ağır xəsarət aldı
  14 Fevral 2019    Oxunub:1881
Bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildiib. Onun sözlərinə görə, "Toyota" markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib.

"Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayəb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq"-, deyə BNA rəsmisi vurğulayıb.

Azvision.az



Teqlər: BNA   Avtobus   Qəza  





Xəbər lenti