Dənizə düşən qadının meyiti tapıldı - Yenilənib

Dənizə düşən qadının meyiti tapıldı -    Yenilənib
  14 Fevral 2019    Oxunub:1736
Bakı şəhərinin Səbail rayonunda dənizə düşmüş 1968-ci təvəllüdlü Zeynalova Qəşəng Nürəddin qızının axtarışları başa çatıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Q.Zeynalovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

**

Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti