Münhendə Məmmədyarovla Mnatsakanyanın görüşü gözlənilir

 Münhendə Məmmədyarovla Mnatsakanyanın görüşü gözlənilir
  16 Fevral 2019    Oxunub:2386
Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş ola bilər.

Azvision.az xəbər verir ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov "RİA Novosti"yə açıqlamasında belə bir görüşün keçiriləcəyini istisna etməyib.
Nazirin sözlərinə görə, iki dövlət rəhbəri arasında görüşün mümkünlüyü müzakirə oluna bilər.

“Yəqin ki, ayaqüstü görüş mütləq olacaq. Biz görüşmək üçün bütün imkanlardan istifadə edirik”, - deyə Məmmədyarov vurğulayıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti