Moskvada çeçenlərlə azərbaycanlılar görüşdülər - VİDEO

  16 Fevral 2019    Oxunub : 73869
 Moskvada çeçenlərlə azərbaycanlılar görüşdülər - VİDEO
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən sonra hər iki tərəfin nümayəndələri bir araya gəliblər.
Azvision.az -ın məlumatına görə, Moskvada toplaşan azərbaycanlı və çeçenlər iki millət arasında ədavətin olmadığını deyərək baş vermiş hadisəni təxribat adlandırıblar.

"Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Birlikdə işləyir, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar və təxribatlara uymasınlar" - çeçen nümayəndələrdən biri deyib.

Həmçinin qeyd olunub ki, “Neolit” restoranında baş verənlər Çeçen və Azərbaycan xalqı arasında illərdir davam edən dostluq münasibətlərini poza bilməz.



Azvision.az

Teqlər: Moskva