Nəsiminin “Divan”ı Tarix Muzeyinə hədiyyə edilib

Nəsiminin “Divan”ı Tarix Muzeyinə hədiyyə edilib
  16 Fevral 2019    Oxunub:1486
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib.
Muzeydən Azvision.az -a verilən məlumata görə, bu müəssisəyə nadir kitablar daxil edilib. Həmin kitablar görkəmli Azərbaycan şərqşünası, tarixçi alim Əjdər Ələsgərzadənin şəxsi arxivindəndir.

Nəşrləri alimin qızı, MATM-ın Numizmatika fondunun müdiri Zümrüd Ələsgərova muzeyə hədiyyə edib. Kitabların içində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin XVI əsrə aid olduğu ehtimal edilən “Divan”ının əlyazma bir nüsxəsi də var. Bu əsər əski əlifbasında və Azərbaycan türkcəsindədir. “Divan” orta əsrlər Azərbaycan sufi-hürufi fəlsəfəsinin tədqiqi baxımından əhəmiyyətlidir.

Azvision.az



Teqlər: Nəsimi   Muzey  





Xəbər lenti