Narkotik satan 2400-dən çox şəxs həbs olunub
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2492 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.
Cinayət törətmiş şəxslərin 86,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 37,2 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 6,9 faizi 18-24 yaşlı, 13,0 faizi 25-29 yaşlı gənclər, 79,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
2018-ci ildə müsadirə edilmiş 2526,3 kiloqram bitki mənşəli narkotik maddələrin 1194,6 kiloqramını heroin, 755,6 kiloqramını marixuana, 362,5 kiloqramını tiryək, 89,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 124,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib
Azvision.az
Teqlər: DİN