Nazir müavini: “Hər kəs ali təhsilli ola bilməz”
"Bu şəxslərin peşə təhsilinə cəlb edilməsi vacib məsələdir. Gənclərin müəyyən bir qisminin əmək bazarına çıxışını asanlaşdırmaq lazımdır. Maksimum çalışmaq lazımdır ki, gənclərimiz peşəli olsun. Avropa ölkələrində orta təhsili bitirən gənclərin 50 faizi peşə təhsilinə yönəlir, bizdə isə bu faiz aşağıdır".
İ.Isayev qeyd edib ki, yaxşı oxumayan şəxslərin peşə təhsilinə yönəlməsi fikri tamamilə yanlışdır: "Bu gün əmək bazarında işə götürənləri həmin şəxsin işi bacarıb-bacarmadığı maraqlandırır. Hər kəs ali təhsilli ola bilməz. Elə ixtisaslar var ki, orada ancaq peşə təhsilli şəxslər tələb olunur. Belə insanlara ehtiyac var. Əmək bazarının monitorinqi aparılsa görərsiniz ki, peşə təhsili ixtisasları üzrə çatışmazlıqlar var. Çalışırıq ki, peşə təhsili sistemini gücləndirək və bununla əmək bazarına yüksək peşə təhsilinə malik olan şəxsləri yönəldə bilək".
Aytən Zəhra
Azvision.az
Teqlər: İdris-İsayev Təhsil-Nazirliyi