Rezidenturaya qəbul üçün 140 nəfər ərizəsini təsdiqlədib
Ərizə qəbulu fevralın 14-dən başlayıb. İmtahanda iştirak etmək üçün namizəd fevralın 21-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə mərkəzin internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Xatırladaq ki, rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 7-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 14-də keçiriləcək.
Azvision.az
Teqlər: DİM