Azərbaycanda xəstələrin ən çox ehtiyacı olan orqan böyrəkdir

  16 Fevral 2019    Oxunub : 1289
 Azərbaycanda xəstələrin ən çox ehtiyacı olan orqan böyrəkdir
"Azərbaycanda xəstələrin ən çox ehtiyacı olan orqan böyrəkdir. Həmçinin qaraciyər, sümük iliyi, gözün buynuz qişasının köçürülməsinə də böyük ehtiyac var. Həmin orqanların transplantasiyası artıq ölkəmizin müxtəlif səhiyyə müəssisələrində həyata keçirilib"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin I cərrahiyyə xəstəlikləri kafedrasının müdiri, transplantoloq, professor Nuru Bayramov urnalistlərə açıqlamasında deyib.

Professor bildirib ki, orqana ehtiyacı olan xəstələrin sayı çoxdur. Lakin orqan çatışmazlığı var: “Problemin həlli üçün iki mənbədən orqan götürülə bilir: meyitdən və sağlam insanlardan. Dünya alimləri alternativ yollar axtarırlar. Onlardan biri genetikası dəyişdirilmiş heyvanlardan orqan nəqli, digəri isə süni orqanların yaradılmasından ibarətdir. Bu sahədə hələ uğurlu nəticələr əldə edilməyib. Tədqiqatlar davam edir. Ümid edirik ki, yaxın bir neçə ildə bu məsələ öz həllini tapacaq. Onu da qeyd edim ki, gələcəkdə orqan marketlərinin olacağı, insanların özlərinə lazım olan orqanları rahatlıqla əldə edə biləcəyi gözlənilir”.

“Azərbaycan Tibb Universitetinin I cərrahiyyə xəstəlikləri kafedrası universitetdə ilk dəfə böyrək transplantasiyasını həyata keçirib. Ümumilikdə isə kafedranın əməkdaşları bu günədək yeddi böyrək köçürüblər. Məqsədimiz yaxın gələcəkdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında qaraciyər transplantasiyasının həyata keçirilməsinə nail olmaqdır”, - deyə kafedra müdiri əlavə edib.

Azvision.az

Teqlər: Oqan   Böyrək