33 məntəqədə yol nişanları quraşdırılıb

33 məntəqədə yol nişanları quraşdırılıb
  18 Fevral 2019    Oxunub:1662
Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb. Növbəti mərhələdə müvafiq nişanlanma işləri də aparılacaq.

Məqsəd avtomobil yolları ilə dəmiryol xətlərinin kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəza riskinin azaldılmasıdır.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti