İki nəfərdən tüfəng götürülüb

  20 Fevral 2019    Oxunub : 753
İki nəfərdən tüfəng götürülüb
Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyük Dəhnə kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Oğuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Daşağıl kənd sakini M.Haşımovun evindən müvafiq sənədləri olmayan “İJ-28” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN