Baş Cinayət Axarışı İdarəsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də mağazaların birindən 130 manat, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunan S.Əliyev və X.Ağayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən isə şəhər ərazisində 2 avtomobildən, habelə 2 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Əliyev saxlanılıb.