Qubada qanunsuz saxlanılan qonur ayı aşkarlandı - FOTOLAR

   Qubada qanunsuz saxlanılan qonur ayı aşkarlandı -    FOTOLAR
  26 Fevral 2019    Oxunub:2949
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmçinin A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.



Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində polis şöbəsi tərəfindən müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir.



Azvision.az


Teqlər: DİN   Ayı  





Xəbər lenti