Parlament Elmira Süleymanovanın hesabatını qəbul etdi - Yenilənib

 Parlament Elmira Süleymanovanın hesabatını qəbul etdi -  Yenilənib
  05 Mart 2019    Oxunub:3612
Milli Məclisin növbəti plenar iclası keçirilir.
Azvision.az xəbər verir ki, iclasda ilk olaraq Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinlənilib. Məruzəni ombudsman Elmira Süleymanova təqdim edib.

İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Müzakirələrdən sonra Ombudsmanın hesabatı səsə qoyularaq təsdiqlənib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti