Deputatın “söyüş kampaniyası” ilə bağlı Ombudsmandan xahişi

   Deputatın “söyüş kampaniyası” ilə bağlı Ombudsmandan xahişi
  05 Mart 2019    Oxunub:1582
“Qanundan qaçıb yayınan, Azərbaycanın hüdudlarından kənarda olan bir qrup insan var ki, nə qanuna baxır, nə milli mənəvi dəyərə baxır, nə də ictimaiyyətin fikirlərinə əhəmiyyət verir. Onlar fəaliyyətlərini təhqirə, böhtana, dövlət çevrilişinə çağırışa, silahlı basqına yönəldiblər. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilindən xahiş edirəm ki, öz vasitəsilə həmin ölkələrdə ombudsmanlara müraciət etməklə bu məsələlər onların diqqətinə çatdırılsın”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Hər hansı ölkənin vətəndaşı Azərbaycanda oturub öz ölkəsinə qarşı bu cür addımlar atırsa, onlar hansı mövqeyi tutar? Prezident İlham Əliyevin hüquqları qanunla qorunduğu kimi ombudsman tərəfindən də bu məsələlərə diqqət yetirilməlidir” - deyə S.Novruzov qeyd edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Siyavuş-Novruzov  





Xəbər lenti