Tural Gəncəliyev ATƏT sədri ilə görüşüb

Tural Gəncəliyev ATƏT sədri ilə görüşüb
  05 Mart 2019    Oxunub:1529
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb.
Azvision.az xəbər verir ki, bunu icma rəhbəri bildirib.

"Bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri ilə birgə ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ilə görüş keçirdim. Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxlalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə mövcud olmalıdır", -deyə T.Gəncəliyev vurğulayıb.

Azvision.az


Teqlər: Qarabağ   ATƏT  





Xəbər lenti