Vüsal Hüseynov avstriyalı səfirlə görüşüb - FOTOLAR
Xidmət rəisi söyləyib ki, dövlətlər arasında səmərəli əməkdaşlıq miqrasiya sahəsində də əlaqələrin möhkəmləndirilməsinə və qurumlararası qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Səfir Aleksandr Bayerl Xidmət rəisinə səmimi görüşə və təbrikinə görə təşəkkür edib. Diplomat iki dövlət arasında formalaşmış münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi yolunda səylərini əsirgəməyəcəyini ifadə edib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub, miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: DMX Vüsal-Hüseynov