Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
Qəbula gəlmiş məcburi köçkünlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi ilə əlaqədar müraciət ediblər.
Onlara bir daha bildirilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görülür. Bir neçə gün əvvəl vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması ilə bağlı verilən Sərəncam bunun bariz nümunəsidir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva qəzalı və yararsız binalarda ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.
Vətəndaşlar fərdi qaydada qəbul edilib və hər birinin müraciəti müvafiq qaydada qeydə alınıb. Müraciətlərdə qaldırılan məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.
Azvision.az
Teqlər: Rövşən-Rzayev