“ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır” - Yeni səfir

 “ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır” -    Yeni səfir
  06 Mart 2019    Oxunub:2260
"ABŞ-ın Azərbaycandakı yeni səfiri olmağımdan şərəf duyuram. Diplomat kimi xidmət göstərdiyim 34 il ərzində Əfqanıstan, Belçkia, Bolqariya, Fransa, Gürcüstan, Qırğızıstan və Serbiyada çalışmışam. İndi isə mən Azərbaycan gəlməyimdən məmnunam"
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenberqer deyib. Onun sözlərinə görə, ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır:

"Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir kimi çalışaraq ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacağam. Bizim ölkələrimizin insanları arasında olan əlaqələr güclüdür. Mən müxtəlif insanlarla görüşərək onların fikirlərini dinləmək niyyətindəyəm".

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti