Hərbi hissələrdə bayram tədbirləri keçirilib

  06 Mart 2019    Oxunub : 430
Hərbi hissələrdə bayram tədbirləri keçirilib
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı tədbirlərinə start verilib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, döyüş bölgəsində yerləşən hərbi hissələrin birində Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Təntənəli mərasimdə çıxış edənlər xalqımızın əziz bayramı olan Novruz ənənələrinin qorunması və yaşamasının xalqımızın və dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi ən yüksək qiymətin bariz nümunəsi olduğunu xüsusi vurğulayıblar.

Tədbir universitetin musiqi sənəti fakültəsinin müəllim və tələbə heyətinin konsert proqramı ilə davam edib.

Azvision.az

Teqlər: MN   Novruz