Bakı Dairəvi-1 yolu təmir olunur

Bakı Dairəvi-1 yolu təmir olunur
  07 Mart 2019    Oxunub:2224
Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etməkdir.

Yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.

İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kv. m-dən çoxdur.

Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət Agentliyi rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti