Avtobusların texniki göstəricilərinə dair tələblər - SİYAHI

 Avtobusların texniki göstəricilərinə dair tələblər -    SİYAHI
  07 Mart 2019    Oxunub:2278
Nazirlər Kabineti “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”i təsdiq edib.
Azvision.az -ın məlumatına görə, qaydaya əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslar onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı və saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz.

Avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir:

1. salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi,

2. sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm,

3. nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu),

4. maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu,

5. bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar,

6. avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu,

7. sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu,

8. sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı,

9. qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı,

10. sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə,

11. ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları,

12. dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq.

Tələblərlə bağlı daha ətraflı Buradan tanış ola bilərsiniz.

Azvision.az


Teqlər: Avtobus   NK  





Xəbər lenti