Prezident zəlzələ bölgəsində tikilən evlərə baş çəkdi

   Prezident zəlzələ bölgəsində tikilən evlərə baş çəkdi
  07 Mart 2019    Oxunub:1961
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış oldular, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət etdilər.

Sonra dövlətimizin başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitlə tanış oldular, ev sahibləri ilə söhbət etdilər.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Şamaxı  





Xəbər lenti