Zəlzələdən zərərçəkənlər üçün yeni binanın təməli qoyuldu

 Zəlzələdən zərərçəkənlər üçün yeni binanın təməli qoyuldu
  07 Mart 2019    Oxunub:1815
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı yeni binanın təməlini qoydu. Sonra inşaatçılarla xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət etdilər.

Azvision.az


Teqlər: İlham-Əliyev   Mehriban-Əliyeva  





Xəbər lenti