“Mənə verilən məktubların hər birinə baxılacaq” - Prezident (VİDEO)

 “Mənə verilən məktubların hər birinə baxılacaq” -    Prezident (VİDEO)
  07 Mart 2019    Oxunub:7430
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub. Ağsuya səfəri zamanı Prezident rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib.
Ölkə başçısı Ağsu sakinlərinin ərizələrini qəbul edib. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, Prezident sakinləri narahat edən məsələləri dinləyib. Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib:

"Ağsuda baş vermiş zəlzələ ilə əlaqədar müvafiq göstərişlər verilib. Dağılmış evlərin yerində artıq bu gün yeniləri tikilir. Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq. Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüşüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq".

Azvision.az Prezidentin Ağsu sakinləri ilə görüşünün videosunu təqdim edir:



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti