“Səlahiyyətlərimi davam etdirə bilərəm” - Elmira Süleymanova

“Səlahiyyətlərimi davam etdirə bilərəm” -  Elmira Süleymanova
  07 Mart 2019    Oxunub:5185
"Mənim səlahiyyət müddətimin vaxtı bitib. Amma Konstitusiyada qeyd edilib ki, yeni ombudsman seçilənədək səlahiyyətlərimi davam etdirə bilərəm".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib. O bildirib ki, indi qərar prezidentindir:
"Nə vaxt deyər ki, kifayətdir, onda mən səlahiyyətlərimi itirəcəyəm".

Qeyd edək ki, hazırda Elmira Süleymanovanın 82 yaşı var. O, 17 ildir ki, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) statusunu daşıyır.

Aytən Zəhra
Azvision.az




Teqlər: Elmira-Süleymanova  





Xəbər lenti