Evi yanan köçkünlər kirayə mənzillərə yerləşib - FOTOLAR

Evi yanan köçkünlər kirayə mənzillərə yerləşib -  FOTOLAR
  07 Mart 2019    Oxunub:3413
Bakının Nərimanov rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində evləri yararsız vəziyyətə düşən şəxslər müvəqqəti olaraq kirayə mənzillərdə yaşayacaqlar.
Bu barədə Azvision.az-a yataqxana sakinləri məlumat veriblər. Onların sözlərinə görə, yalnız binanın 3-cü mərtəbəsində yaşayan sakinlərə 300 manat verilməklə kirayə evlərə köçmələri üçün şərait yaradılıb.

“Digər mərtəbələrin sakinləri isə işıq və su sistemi bərpa edildikdən sonra evlərinə köçüblər. 10-15 günlük təmirdən sonra 3-cü mərtəbənin sakinləri də evlərinə qayıdacaqlar. Kirayəyə köçürüldüklərinə görə, həyətdə qurulan çadırlar sökülüb”,- sakinlər deyiblər.

Yanğın nəticəsində həyatlarını itirən 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun ailəsindən isə bildiriblər ki, mərhumların 3-7 və 40 mərasimləri dövlət qurumları tərəfindən təşkil olunacaq.

"Bizə söz veriblər ki, həmin ailənin qalan üzvləri evlə təmin ediləcək. Burada ölüm olub. Ancaq ola bilər ki, yeni bir massiv olsun və hamı bir yerə köçürülsün. Dəqiqi məlumat yoxdur".

Onlara hələlik Keşləyə gedən yolun üstündə kirayə evə köçməyi təklif ediblər. Ailə bununla razılaşıb.





























Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Məcburi-köçkün  





Xəbər lenti