Təcridxanaya heroin keçirilməsinin qarşısı alınıb

Təcridxanaya heroin keçirilməsinin qarşısı alınıb
  07 Mart 2019    Oxunub:1091
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən həbs edilmiş Əhmədov Rəşad İnqilab oğluna Bakı şəhər sakini Aslanov Nazim Sübhan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan coraba xüsusi üsulla hopdurularaq gizlədilmiş 1,147 qram “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: PenitensiarXidmət  





Xəbər lenti